Ruslar Paris-2024-ə buraxılacaq? – Makron mövqeyini bildirdi
Fransa prezidenti Emmanuel Makron 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançıların iştirakının siyasiləşdirilməsini dəstəkləməyib.
Aut.az xəbər verir ki, onun sözlərini “Equipe” sitat gətirib.
“Bu mövzu siyasiləşdirilməməlidir”, – Makron deyib.
Fransa lideri bunun olimpiya dünyasının şüurlu qərarı olmasını arzuladığını vurğulayıb. O, həmçinin qeyd edib ki, BOK rusiyalı idmançılardan müəyyən zəmanətlər almalıdır.
Bundan əlavə, siyasətçi aydınlaşdırıb ki, olimpiya dünyasının bu məsələyə münasibəti Ukrayna vətəndaşları tərəfindən başa düşülməlidir. Eyni zamanda, o əlavə edib ki, Oyunlarda Rusiya Federasiyasının bayrağı olmamalıdır, lakin Rusiya idmançılarına hansı yerin təyin oluna biləcəyinə qərar vermək lazımdır.
Aut.az
