Dünya futbolu

Qalmaqal: Kollinanın imzası saxtalaşdırılıb – FOTOFAKT

Ukrayna Futbol Assosiasiyası (UAF) ilə bağlı yeni korrupsiya qalmaqalı yaranıb. UAF-ın baş katibi Yuriy Zapisotskinin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı işə baxılarkən prokurora Ukrayna Hakimlər Komitəsinin sabiq sədri Pyerluici Kollinaya pul ödənildiyi iddia edilən sənədlər təqdim edilib.

“Football Hub”ın məlumatına görə, əfsanəvi hakimin imzasının saxtalaşdırıldığı bəlli olub. Şübhəli sənəddə o zaman Ukrayna Futbol Federasiyasının icraçı direktoru olmuş Vladimir Geninsonun da imzası var. Funksioner heç vaxt sənədə imza atmadığını bəyan edib, həmçinin əlavə edib ki, Kollinanın oradakı imzası real deyil.

Qalmaqal: Kollinanın imzası saxtalaşdırılıb - FOTOFAKT