Türkiyə

Sançes “Qalatasaray”da – Rəsmi

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi “Tottenhem”dən Davinson Sançesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Qalatasaray” Sançes üçün 9,50 milyon avro ödəyib.