Azərbaycan futbolu

Premyer Liqa: turun oyunlarını neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının V turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.

Aut.az xəbər verir ki, ən çox tamaşaçı “Səbail” – “Qarabağ” oyununda qeydə alınıb. Bayılda “ASCO Arena”da baş tutan matçı 2350 azarkeş tribunalardan izləyib.

Ən aşağı göstərici isə Gəncədə olub. “Kəpəz”in “Araz-Naxçıvan”a məğlub olduğu oyunu 700 tamaşaçı tribunadan izləyib.

Turun oyunlarını izləyən azarkeş sayları:

Sabah – Turan Tovuz – 1200 (0:3)
Qəbələ – Zirə – 850 (1:0)
Sumqayıt – Neftçi – 1236 (0:1)
Kəpəz – Araz-Naxçıvan – 700 (1:2)
Səbail – Qarabağ – 2350 (2:1).