Digər

Məşhur pilotu oteldən çıxanda qarət etdilər

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının pilotu Karlos Sayns İtaliya Qran-prisindən sonra qarət edilib.

Aut.az xəbər verir ki, 29 yaşlı sürücü Milan şəhərinin mərkəzindəki oteldən çıxandan sonra üç nəfər tərəfindən mühasirəyə alınıb. Onlar Saynsın sol qolundan 300 min avro dəyərində olan saatı çıxarıblar. Daha sonra polis oğruları saxlayıb, onların 18, 19 və 20 yaşında mərakeşlilər olduğu müəyyən edilib. Bu barədə “Ansa” məlumat yayıb.

Qeyd edək ki, Karlos Sayns İtaliyadakı yarışda üçüncü yeri tutub.