Azərbaycan futbolu

“Neftçi” “Zenit”ə “hə” dedi – Bu dəfə…

“Zenit” yenidən “Neftçi” ilə qarşılaşmaq istəyir.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Rusiya təmsilçisinin təklifinə müsbət cavab verib. Qarşılaşmanın noyabrın 17-də Bakıda keçirilməsi planlaşdırılır.

Ancaq görüşün hansı stadionda baş tutacağı hələ bəlli deyil.

Qeyd edək ki, “Zenit”lə “Neftçi” bu yay Sankt-Peterburqda keçirilən “Matç TV” kubokunda qarşılaşıb. Görüş rusiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Aut.az