Azərbaycan futbolu

Avroliqa: “Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Aut.az xəbər verir ki, “atlılar” ilk oyunu sentyabrın 21-də Bakıda “Molde”yə (Norveç) qarşı keçirəcək. II oyun isə səfərdə “Hakken”lə olacaq.

“Qarabağ”ın Avropa Liqasındakı təqvimi:

21 sentyabr / Qarabağ – Molde (Norveç)
5 oktyabr / Hakken (İsveç) – Qarabağ
26 oktyabr / Bayer (Almaniya) – Qarabağ
9 noyabr / Qarabağ – Bayer
30 noyabr / Molde – Qarabağ
14 dekabr / Qarabağ – Hakken