Konfrans Liqası

Konfrans Liqasında qrup mərhələsinin püşkü atıldı

UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

Aut.az xəbər verir ki, Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib. 32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya”nın “Dinamo” (Zaqreb) klubu C qrupunda mübarizə aparacaq.

Türkiyə klublarından “Fənərbağça” H qrupunda “Ludoqorets” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya), “Norşellann” (Danimarka) ilə mübarizə aparacaq. Digər İstanbul təmsilçisi “Beşiktaş” isə D qrupunda “Brügge” (Belçika), “Bude/Qlimt” və “Luqano” (İsveçrə) ilə üz-üzə gələcək.

Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su C qrupunda “Viktoriya” (Plzen), “Astana” və “Balkani” ilə yarışacaq.

Qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

A qrupu: “Lill” (Fransa), “Slovan” (Bratislava, Slovakiya), “Olimpiya” (Sloveniya), “Klaksvik” (Farer adaları).

B qrupu: “Gent” (Belçika), “Makkabi” (Təl-Əviv, İsrail), “Zarya” (Luqansk, Ukrayna), “Breydablik” (İslandiya).

C qrupu: “Dinamo” (Zaqreb, Xorvatiya), “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan), “Balkani” (Kosovo).

D qrupu: “Brügge” (Belçika), “Bude/Qlimt” (Norveç), “Beşiktaş” (Türkiyə), “Luqano” (İsveçrə).

E qrupu: AZ (Alkmar, Niderland), “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “Zrinski” (Bosniya və Herseqovina).

F qrupu: “Ferentsvaroş” (Macarıstan), “Fiorentina” (İtaliya), “Genk” (Belçika), “Çukariçki” (Serbiya).

G qrupu: “Ayntraxt” (Almaniya), PAOK (Yunanıstan), HİK (Finlandiya), “Aberdin” (Şotlandiya).

H qrupu: “Fənərbağça” (Türkiyə), “Ludoqorets” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya), “Norşellann” (Danimarka).