“Qarabağ” “Olimpiya”nı qəbul edir
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində bu gün cavab oyununa çıxacaq.
Aut.az xəbər verir ki, “atlılar” Bakıda “Olimpiya”nı (Sloveniya) qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək. Matç “İdman TV”də yayımlanacaq.
Komandalar arasındakı ilk görüşdə “Qarabağ” qələbə qazanıb – 2:0.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
31 avqust
20:00 Qarabağ – Olimpiya (Lyublyana, Sloveniya)
İlk oyun – 2:0
