Dünya futbolu

Gürcü hücumçu “Ayaks”da – RƏSMİ

“Mets”in hücumçusu Corc Mikautadze “Ayaks”a keçib.

Aut.az xəbər verir ki, Niderland klubu Gürcüstan millisinin 22 yaşlı futbolçusunu transfer etdiyini açıqlayıb.

Transfer məbləği 16 milyon avro olub. Bonuslar hesabına bu məbləğ 19 milyon avroya qədər yüksələ bilər.

Lionda doğulan Mikautadze ilə 2028-ci il iyunun 30-dək müqavilə imzalanıb.

“Mets”in heyətində 45 oyunda Mikautadze 26 qol vurub və 10 məhsuldar ötürmə edib.

Futbolçu Gürcüstan millisində 16 oyun keçirib və 4 qol vurub.

Aut.az