Dünya futbolu

Ronaldo dubl etdi və…

“Əl-Nasr”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 4-cü turunda “Əl-Şəbab”la qarşılaşmada dubl edib.

38 yaşlı hücumçu 13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 6 dəqiqə sonra o, oyundan qol vurub. Lakin kobudluq edildiyi üçün bu top hesaba alınmayıb.

38-ci dəqiqədə Kriştiano yenidən 11 metrlik zərbəni dəqiq yerinə yetirib. İki dəqiqə sonra Sadio Maneyə assistentlik edib.

Aut.az