16 yaşlı idmançı yoxa çıxıb
Rusiya İstintaq Komitəsi (TFR) rusiyalı fiqurlu konkisürən Alina Qorbaçovanın yoxa çıxması ilə bağlı araşdırmalara başlayıb.
Aut.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Müstəntiqlər araşdırmalara başlayıb. Yeniyetmələr arasında qadınların fərdi yarışında Rusiya çempionu Alina Qorbaçova Moskvada məşqçi ilə mübahisədən sonra yoxa çıxıb. İdmançı meydançanı tərk edərək parka getsə də, evə qayıtmayıb.
2023-cü ilin fevralında Qorbaçova Permdə yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Rusiya çempionatında qalib gəlib. İyulda idmançının 16 yaşı tamam olub.
Aut.az
