Dünya futbolu

Messi bu hərəkətinə görə cəza alacaq?

“İnter Mayami”nin futbolçusu Lionel Messi cəzalana bilər.

Aut.az xəbər verir ki, buna səbəb argentinalı hücumçusunun “Nyu-York Red Bullz”la oyundan (2:0) sonra jurnalistlərə açıqlama verməkdən imtina etməsidir. Bu barədə “Goal” nəşri məlumat yayıb.

Sözügedən matç Messinin MLS-dəki debüt oyunu idi. 36 yaşlı hücumçu görüşdə komandasının ikinci qolunun müəllifi olub.