Cüdo

Milli komandamız finalda

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda növbəti qələbələrini qazanıb.

Aut.az xəbər verir ki, komanda 1/4 finalda Qazaxıstanı məğlub edib – 4:2. Yığma daha sonra finala gedən yolda Türkiyə seçməsini məğlub edib – 4:3.

Azərbaycan millisi həlledici görüşdə Fransa kollektivi ilə üz-üzə gələcək.