Digər

“Misli” çökdü, fəaliyyətini dayandırdı  

Bukmeker kontoru “Misli”nin fəaliyyəti iflic olub.

Aut.az xəbər verir ki, istifadəçilərin bütün məlumatları bir anın içində şəxsi kabinetdən silinib. Bütün kuponlar – uduzanlar, qazananlar və hazırda gözləyənlər sistemdən silinib.

Bu da istifadəçilər arasında böyük çaşqınlıq yaradıb. Hələ ki, “Misli” məsələ ilə bağlı izahat verməyib, insanların narahatlığı isə artır.

Bəzi istifadəçilər bunun xaker hücumu ola biləcəyindən və vəsaitlərinin mənimsəniləcəyindən ehtiyat edirlər. Hazırda “Misli” sistemi demək olar ki, fəaliyyət göstərmir.

Aut.az