Türkiyə

“Trabzonspor”dan La Liqaya

“Trabzonspor”un futbolçusu Maksi Qomes karyerasını İspaniyada davam etdirəcək.

Aut.az xəbər verir ki, 27 yaşlı hücumçu “Kadis”ə keçib. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı forvard icarə əsasında “Kadis”də çıxış edəcək.

Maksi 2022-ci ilin sentyabrından “Trabzonspor”da forma geyinir. O, Super Liqada bu mövsüm bir oyuna çıxıb.