Azərbaycan futbolu

Aşağı liqa klublarının oyununda 9 qol

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Zaqatala” yoldaşlıq görüşü keçirib.

Aut.az xəbər verir ki, bölgə təmsilçisi II Liqa klubu “Kürmük”lə (Qax) qarşılaşıb. Görüş “Zaqatala”nın darmadağını bilə başa çatıb – 8:1.

Rüstəm Məmmədovun rəhbərlik etdiyi kollektivin qollarını Behruz Teymurov (3) Nizami Səmədov, Nicat Məmmədov, Nicat Oruclu, Elmir Abbaso və Emil Abbasov vurub.

“Zaqatala” yeni mövsümdə I Liqada mübarizə aparacaq.