Messidən təsirli jest: kapitanlığı ona verdi ki…
Avqustun 20-nə keçən gecə “Neşvil”lə “İnter Mayami” arasında Liqa Kubokunun finalı keçirilib. Görüş Xerardo Martinonun yetirmələrinin qələbəsi ilə (1:1, 10:9 pen.) başa çatıb.
Mükafatlandırma mərasimindən əvvəl “İnter Mayami”nin hücumçusu Lionel Messi təsirli jest edib.
O, kapitanlığı Deandre Yedlinə güzəştə gedib ki, kuboku birinci o qaldırsın. Yedlin onun bu jestinə biganə qalmayıb və təklif edib ki, kuboku birlikdə qaldırsınlar.
Beləcə, kuboku hər iki oyunçu eyni vaxtda qaldırıb.
Aut.az
