İspaniya

Xavinin bu sözləri aranı qarışdırdı: Gedir?

Ansu Fati Xavinin son şərhlərindən çox üzülüb və klubdan getməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “Eldesmarque” yazıb.

Xavinin transfer siyasəti ilə bağlı suala verdiyi reaksiya futbolçunu əsəbiləşdirib. Məşqçi Ansunun satılmayacağını deməyib. Əvəzində Xavi qeyd edib ki, transfer pəncərəsi bağlanana qədər hər şey ola bilər.

Xavinin Pedri və Qavinin ayrılmasını istisna etməsi Fatiyə xüsusilə təsir edib.

İspaniyadakı bir neçə mənbə futbolçunun komandadan getməyə hazır olduğunu iddia edir. Lakin bunun qışdan əvvəl baş verəcəyi gözlənilmir.

Aut.az