“Sumqayıt”dan darmadağın
Azərbaycan Premyer Liqasının 2-ci turunda “Sabah”la keçirilməli olan oyun təxirə salındığı üçün yoxlama matçında MOİK-lə qarşılaşan “Sumqayıt” rəqibinə 6:1 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən qarşılaşmada “kimyaçılar”ın heyətində Erik Sorqa het-trik edibsə, digər qolları Roi Kehat, Rövlan Muradov və Kamran Əliyev vurub.
