“Sumqayıt”dan “Rubin”ə
“Sumqayıt”dan ayrılan İlnur Vəliyevin yeni klubu məlum olub.
Aut.az xəbər verir ki, 20 yaşlı qolkiper Rusiyanın “Rubin” klubuna keçib. İlnur Kazan təmsilçisinin II komandasında forma geyinəcək.
İlnur “Sumqayıt”la ümumilikdə 5 oyuna çıxıb və 13 qol buraxıb.
