Braziliyalı hücumçu “Karvan”da
Yeni mövsümdə I Liqada mübarizə aparacaq “Karvan” transfer çalışmalarını davam etdirir.
Aut.az xəbər verir ki, Yevlax təmsilçisi braziliyalı Saymon Santosla razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Saymon daha əvvəl ölkəsində “Karayas” və Litvada “Miniya”da çıxış edib.
