Azərbaycan 38-ci oldu
Azərbaycan Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasını 38-ci pillədə başa vurub.
Aut.az xəbər verir ki, idmançılarımız yarışda 9 medal qazanıb. Bunlardan 3-ü “gümüş”, 6-sı “bürünc” olub.
Bədii gimnastikada Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medal qazanıb.
Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo millimiz əldə edib.
Taekvondoda Minayə Əkpərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
XXXl Ümumdünya Yay Universiadasını ev sahibi Çin 178 medalla birinci sırada başa vurub.
