Azərbaycan güləşçilərindən uğursuz start
Bu gün Belarusda keçirilən II MDB oyunlarında cüdo idman növündə komanda yarışlarına start verilib.
Aut.az xəbər verir ki, 6 komandanın iştirakı etdiyi turnirdə cüdoçularımız ilk görüşündə Qazaxıstan yığmasına 6:7 hesabı ilə uduzub.
Komandamız növbəti görüşündə Rusiya – Özbəkistan cütünün məğlubu ilə qarşılaşacaq. Milli qalib gələcəyi təqdirdə 3-cü yer uğrunda mübarizə aparacaq.
