Türkiyə

“Qalatasaray”dan “Samsunspor”a

“Qalatasaray”dan ayrılan Emre Kılınçın yeni ünvanı məlum olub.

Aut.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Samsunspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Emre ilə 3 illik müqavilə imzalanıb.

Türkiyəli futbolçu 2020-ci ilin yayından “Qalatasaray”da çıxış edirdi. O, bu komanda ilə ötən mövsüm Super Liqanı qazanıb.