“Kəpəz”in kapitanları
“Kəpəz”in yeni mövsüm üçün kapitanları müəyyənləşib.
Aut.az klubun sayına istinadən xəbər verir ki, müdafiəçi Vurğun Hüseynov əsas kapitan funksiyasını yerinə yetirəcək. Əli Səmədov ilə Yeqor Xvalko isə vitse-kapitanlar kimi sarğını daşıyacaqlar.
“Kəpəz” bu gün Premyer Liqanın I turunda “Neftçi”ni qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq.
