Bu hücumçu “Neftçi” üçün Bakıya gəldi
Yay transferlərinin ən aktiv klublarından olan “Neftçi” daha bir keçidi rəsmiləşdirməyə hazırlaşır.
Aut.az-ın məlumatına görə, “ağ-qaralar” Aaron Olanarenin transferini bitirməyə yaxındır. Son olaraq Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən universal forvard artıq Bakıya gəlib.
Tibbi müayinədən uğurla keçəcəyi təqdirdə nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq.

