“Neftçi”dən göndəriləcək futbolçular: Mutunun siyahısı
“Neftçi”nin baş məşqçisi Adrian Mutu heyətlə bağlı bir sıra qərarlar verib.
Aut.az xəbər verir ki, təqribən 1 aydır komanda ilə birlikdə olan rumıniyalı mütəxəssis komandadan gedəcək futbolçuların siyahısını hazırlayıb.
Mutu 3 futbolçunu göndərməyə hazırlaşır. Söhbət Ataa Caber, Kenni Sayef və Rəhman Hacıyevdən gedir. Legionerlərin performansı onu qane etmir. Onların əvəzinə daha səviyyəli legionerlərin transfer edilməsini istəyir. Ancaq Rəhmanın durumu fərqlidir. O, komandadan bir halda gedə bilər ki, əvəzinə yeni yerli futbolçu alınsın.
Bundan başqa, Adrian “Neftçi”nin gənc yarımmüdafiəçisi Fərid Yusifli barədə də qərar verib. 44 yaşlı məşqçi 21 yaşlı futbolçunun inkişafı üçün daha çox oynamasını istəyir. Komandanın yarımmüdafiəsindəki yüksək rəqabəti nəzərə alan Mutu Fəridin güclü kluba icarəyə göndərilməsini rəhbərliyə məsləhət görüb.
