Alman mətbuatı qadınları hədəf aldı: Biabırçılıq
Almaniya millisi sensasiyalı şəkildə qadınlar arasında dünya çempionatında mübarizəni dayandırıb.
Aut.az xəbər verir ki, almanlar Cənubi Koreya millisi ilə 1:1 hesablı heç-heçə edib və 4 xalla H qrupunda üçüncü yeri tutub. Kolumbiya və Mərakeş pley-offa vəsiqə qazanıb. Almaniya mətbuatı milli komandanı tənqid atəşinə tutub.
Məsələn, “Bild” bunu “tarixi dünya çempionatının fiaskosu” və “dəhşət” adlandırıb. “Die Welt” almanların çıxışını qadınlardan ibarət milli komandanın tarixində “ən böyük biabırçılıq” adlandırıb.
Almaniya tarixində ilk dəfə qadınlar arasında dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Qeyd edək ki, almanlar tarixlərində iki dəfə dünya çempionatının qalibi olublar. Bu, 2004 və 2007-ci illərdə baş verib. 1995-ci ildə Almaniya dünya çempionatının gümüş medallarını aldı.
Aut.az
