“Araz-Naxçıvan”da yeni sponsor
Premyer Liqanın yeni üzvü “Araz-Naxçıvan”ın baş sponsoru “Samaya” LTD olacaq.
Aut.az xəbər verir ki, bununla bağlı şirkətlə klub arasında 1 illik müqavilə imzalanıb.
Anlaşmaya əsasən, əsas və əvəzedici ilə yanaşı, müxtəlif yaş qruplarına aid komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun adı əks olunacaq.
