Afrikalı futbolçu “Zirə”də – RƏSMİ
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Aut.az xəbər verir ki, “qartallar” Pyer Zeblini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçiylə 2+1 illik müqavilə imzalanıb.
Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.
