Onun karyerasının ən vacib futbolçusu kimdir?
Portuqaliyalı mütəxəssis Andre Villaş-Boaş karyerasının ən vacib futbolçusunun kim olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, o, hazırda Braziliyada “Atletiko Mineyro”da çıxış edən hücumçu Halkın məşqçilik karyerasında ən vacib oyunçu olduğunu bildirib.
“Halk, yəqin ki, karyeramın ən vacib oyunçusudur, çünki o, mənimlə üç klubda oynayıb. Onunla bir çox titullar qazanmışıq. Onun ifasında gördüyümüz hər şey xüsusi idi. Halk ən güclü oyunçu və inanılmaz şəxsiyyətdir.
Onun indi çempionatın ən yaxşı oyunçusu kimi karyerasını Braziliyada başa vurması da statusunu təsdiqləyir. Mən onu həmişə çalışdırdığım ən yaxşı oyunçu hesab etmişəm. Onunla bağlı çox gözəl xatirələrim var”, – deyə Villaş-Boaş bildirib.
Halk Villaş-Boaşın rəhbərlik etdiyi üç komandada – “Porto”, “Zenit” və “Şanxay”da çıxış edib.
Aut.az
