Divizion klubunun oyunçuları danışılmış oyunların təşkilinə görə saxlanıldı
İspaniyada 17 şəxs futbolda danışılmış oyunların təşkili ilə bağlı saxlanılıb.
Aut.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aralarında üçüncü divizion klublarının oyunçularının da olduğu bir qrupu saxlayıb. Onlar cinayətkar təşkilata üzv olmaqda, idman sahəsində korrupsiyada, çirkli pulların yuyulması və sənədlərin saxtalaşdırılmasında ittiham edilib.
