Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Aut.az xəbər verir ki, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşıb.
İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçdan məğlub ayrılıblar. Müdafidə buraxılan kobud səhvlərdən sonra “atlar” oyunda 2 top fərqi ilə geri düşsələr də, Cicanın 2 dəqiqə ərzində vurduğu 2 qolla bərabərliyi təmin ediblər. Amma oyuna əlavə edilmiş dəqiqələrdə meydan sahibləri qələbə qolunu vurmağı barcarıblar.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
Rakuv (Polşa) – Qarabağ 3:2
Qol: Elvin Cəfərquliyev, 55-öz qapısına. Fabian Pyasetski, 71. Kittel, 90+1 – Redon Cica, 73; 75.
Baş hakim: Lukas Fandrix (İsveçrə)
Çenstoxova, “Miejski” stadionu
Rakuv: 1. Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Marçin Tsebulya, 9. Lukaş Zvolinski.
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 5. Qustav Berqqren, 6. Şimon Çiy, 11. Con Yeboa, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 93. Sonni Kittel, 99. Fabian Pyasetski.
Baş məşqçi: David Şvarqa.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.