Dünya cempionatı

DÇ-də müəmma: Himni oxudu və qəflətən… – FOTO

Norveç millisinin hücumçusu Ada Heqerberq Dünya çempionatının qrup mərhələsinin İsveçrə ilə oyunu başlamazdan əvvəl qəfildən meydanı tərk edib.

Aut.az xəbər verir ki, forvard meydana daxil olub, dövlət himnini oxuyub. Amma bundan dərhal sonra paltardəyişmə otağına yollanıb.

“Era Fútbol Femenino” “Twitter”də yazır ki, Heqerberq özünü pis hiss edib. Qeyd olunur ki, hücumçu oyunöncəsi isinmə hərəkətləri zamanı qasıq nahiyəsində diskomfort hiss edib.

Heqerberqin yerinə Sofi Roman Hauq meydana çıxıb.

DÇ-də müəmma: Himni oxudu və qəflətən... – FOTO