“Qəbələ” – “Omoniya”: biletlər satışda
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr) qarşılaşmasının biletləri bu gün satışa çıxıb.
Aut.az xəbər verir ki, “Qəbələ”nin avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən azarkeşlər biletləri klubun rəsmi fan mağazasından (Qəbələ şəhəri, “Qəbələ” otel) əldə edə bilərlər.
İyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” matçı saat 20:00-da başlayacaq.
