“Benfika”nın sabiq futbolçusu Azərbaycandan təklif aldı
Portuqaliyanın “Amora” klubunda çıxış edən Kalifo Balde karyerasını Azərbaycanda davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb. Xəbərdə 23 yaşlı cinah müdafiəçisinə Kipr və Azərbaycandan təkliflərin olduğu bildirilib. Futbolçunun təklifləri dəyərləndirdiyi qeyd edilib.
Balde karyerası ərzində “Benfika”nın U-19 və B komandasında, “Mirandela”, “Kova Piedad”, “Lures” kimi klublarda forma geyinib.
Müdafiəçi ötən mövsüm “Amora”da 18 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
