Azərbaycan futboluÇempionlar Liqası

“Qarabağ”dan ayrılmağına peşman olub? – MÜSAHİBƏ

“Qarabağ”ın köhnə-yeni transferi Patrik Andrade Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən “Linkoln” görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, 30 yaşlı yarım müdafiəçi əvvəlcə Ağdam təmsilçisinə qayıdışından danışıb:

– Sanki ailəmin yanına qayıtışam. Bu, mənim üçün olduqca vacibdi. “Qarabağ”ı qarşıda yaxşı oyunlar gözləyir.

– Durumun necədir? Oynamağa hazırsan?

– Milli komandanın düşərgəsindən qayıtmışam. Qarşıdakı oyunlar üçün hazırlaşacam. Ümid edirəm ki, növbəti matçlarda meydana çıxmağa hazır olacam.

– “Partizan”da keçirdiyin 2 ili itirilmiş zaman hesab etmək olar?

– “Partizan”da oynamaq mənim üçün bir təcrübə idi. Fərqli bir situasiya alındı. Hər şey mən istəyən kimi olmadı. Lakin bu cür klublara keçmək də bir təcrübədi.

– Əvvəlki Andradeni yenə görə biləcəyik?

– Öz üzərimdə çalışıram. Komanda şəklində də daha yaxşı olmağa çalışacağıq. Günü-gündən öz performansımızı yaxşılaşdırırıq. Ona görə də düşünürəm ki, qarşıda daha yaxşı Andrade görəcəksiniz.

– Növbəti rəqibiniz “Rakuv” olacaq…

– Bu matça hazırlaşmaq üçün 1 həftə vaxtımız var. Rəqib olduqca yaxşı komandadı. Polşa klublarına qarşı daha əvvəl oynamışam. İnanıram ki, mərhələ adlaya biləcəyik.