İspaniya

Dünən arzusunu bildirdi, bu gün “rədd ol” mesajı aldı – FOTO

“Atletiko”nun hücumçusu Joao Feliksin şərəfinə qoyulmuş xatirə lövhəsi, futbolçunun “Barselona”ya keçmək istədiyini bildirməsindən sonra dağıdılıb.

Aut.az xəbər verir ki, qəzəbli azarkeşlər “Rədd ol ​”Barselona”ya” mesajını da yazıblar. Həmçinin futbolçunun özünə ünvanlanan təhqiramiz ifadələrdə işlədilib.

23 yaşlı Feliks dünən, iyulun 18-də bildirib ki, “Barselona”da oynamaq onun uşaqlıq arzusudur və bunun gerçəkləşəcəyinə ümid edir. “Atletiko” bu açıqlamadan məyus olduğunu bildirib. Çünki klubda heç kim oyunçulara bu cür ifadələrə icazə verməyib.

Klubdan bildirilib ki, futbolçunun agenti Xorxe Mendeş müştərisinin komandanı tərk etməsi üçün hansı şərtlərin yerinə yetirilməli olduğunu bilir. Tərəflər arasında müqavilə 2027-ci ilin yayına kimi hesablanıb.

Dünən arzusunu bildirdi, bu gün “rədd ol” mesajı aldı - FOTO