Gündoğan ona “gedirəm” deyəndə necə reaksiya verib?
“Barselona”nın yeni futbolçusu İlkay Gündoğan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın onun ayrılığına reaksiyasından danışıb.
“Mənim üçün bu barədə ilk xəbərin Pepə verilməsi vacib idi. Mən ona minnətdarlığımı bildirdim. Kədərli görünürdü, amma mənə elə gəlirdi ki, o da xoşbəxtdir ki, mən onun uşaqlığının klubuna, sevdiyi kluba gedirəm.
Qvardiola hələ də “Barselona”nın azarkeşidir, hər oyunu izləyir. Klub və şəhər haqqında nəsə bilmək lazım olanda məsləhət üçün ona müraciət edəcəm”, – Gündoğanın sözlərini “Eurosport” sitat gətirib.
Gündoğan ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib.
Aut.az
