Bu məşqçi də “Araz Naxçıvan”la anlaşdı
“Araz Naxçıvan”da daha bir təyinat gerçəkləşib.
Aut.az xəbər verir ki, Naxçıvan təmsilçisinin əvəzedici heyətində qapıçılarla çalışacaq məşqçi bəlli olub.
Bu posta Cəmaləddin Əliyev təyin olunub. Qeyd edək ki, “Araz Naxçıvan”ın əvəzedici komandasının baş məşqçisi Zaur İsmayılovdur.
Aut.az
