Azərbaycan futbolu

“Araz-Naxçıvan”da əcnəbi qapıçı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı ilə anlaşıb.

Aut.az xəbər verir ki, yeni mövsümdə komandanın qapısını Semir Bukviç qoruyacaq. 1.88 sm boya malik 32 yaşlı qapıçının sonuncu klubu vətənində “Sloboda Tuzla” olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb.

“Araz Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Miguel və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.