Türkiyə ABŞ-ı devirdi, finala çıxdı
Bu gün Amerikanın Arlinqton şəhərində qadın voleybolçular arasında Millətlər Liqasının yarımfinal görüşləri keçirilib.
Aut.az xəbər verir ki, yarımfinalın favoritləri qrup mərhələsini müvafiq olaraq birinci və ikinci yerdə başa vuran Polşa və ABŞ komandaları göstərilirdi.
Ancaq hər iki yarımfinal qarşılaşmasında sensasiya yaşanıb. Əvvəlcə Polşa və Çin voleybolçuları meydana daxil olublar. Asiya komandası rəqibinə heç bir setdə şans verməyib.
ABŞ-Türkiyə oyununda isə iki setdən sonra Türkiyə öndə olub. Üçüncü hissədə 26:24 hesabı ilə çətinliklə qalib gələn Amerika intriqanı qaytara bilib. Bununla belə, matçın dördüncü setində Türkiyə 27:25 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Millətlər Liqası 2023.
Qadınlar
16 iyul. Yarımfinal.
Arlinqton (ABŞ)
Polşa – Çin
0:3 (18:25, 23:25, 23:25)
ABŞ – Türkiyə
1:3 (21:25, 14:25, 26:24, 25:27).
Final qarşılaşması bazar günü axşam Bakı vaxtı ilə gecə yarısı keçiriləcək.
