Dünya futbolu

“Bu, fantastik bir fürsətdir, həyəcanlıyam”

Argentinalı hücumçu Lionel Messi “İnter Mayami”yə keçidi haqda danışıb.

İyulun 15-də Amerika klubu argentinalının transferini rəsmən təsdiqləyib.

“Karyeramda növbəti addımı “İnter Mayami” və ABŞ ilə başlayacağım üçün çox həyəcanlıyam. Bu, fantastik bir fürsətdir və biz birlikdə bu gözəl layihəni qurmağa davam edəcəyik. İdeya, qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə işləməkdir və mən həqiqətən də burada – yeni evimdə bu işlərə kömək etmək istəyirəm”, -deyə “İnter Mayami”nin rəsmi saytı Messinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, Messi ABŞ klubu ilə 2025-ci il mövsümünün sonuna qədər müqavilə bağlayıb.

Aut.az