Musa Qurbanlı İsveç klubunda ilk məşqinə çıxıb
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında ilk məşqinə çıxıb.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk hesabı paylaşım edib.
“Yurqorden” postda “bütün yeni transferlər yerindədir” yazıb.
Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb. O, son olaraq “Qarabağ”ın uğurları üçün çalışıb.

