Dünyanın ən çox məvacib alan 4-cü məşqçisi oldu
İki həftə əvvəl “Əl-İttifaq”ın başına keçən Stiven Cerrardın maaşı açıqlanıb.
Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Liverpul”un keçmiş kapitanına ildə 15,2 milyon funt-sterlinq ödəməyə razılaşıb. Bu, Cerrardın dünyanın ən yüksək maaşlı 4 məşqçisi sırasına daxil olmasına imkan verib.
O, maaş baxımından yalnız Yurgen Klopp (16 milyon funt – “Liverpul”), Xosep Qvardiola (20 milyon funt – “Mançester Siti”) və Dieqo Simeonedən (30 milyon funt – “Atletiko Madrid”) geri qalır.
