“Qarabağ”ın futbolçusu Türkiyəyə gedir: Müqavilə bağlamağa
“Qarabağ”ın futbolçusu Kevin Medina karyerasını Türkiyədə davam etdirəcək.
Aut.az xəbər verir ki, kolumbiyalı müdafiəçi “Rizespor”la razılaşıb. Bu barədə “Fanatik” nəşri məlumat yayıb. 30 yaşlı futbolçunun bir neçə günə Türkiyəyə yollanacağı və yeni klubu ilə müqavilə imzalayacağı bildirilir.
2020-ci ilin yayından “atlılar”da çıxış edən Medina Azərbaycan Premyer Liqasında 66 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
