Millinin üzvləri əlbəyaxa oldular – VİDEO
ABŞ və Kanada komandaları arasında KONKAKAF Qızıl Kubokunun 1/4 final mərhələsinin oyunu qalmaqalla başa çatıb.
Aut.az xəbər veri ki, sözügedən görüşdü penaltilər seriyasında qalib gələn amerikalılar (2:2, 3:2 pen) yarımfinala vəsiqə qazanıb.
Görüş başa çatdıqdan sonra hər iki komandanın futbolçuları stadionun alt tribunasında kütləvi dava ediblər. Davaya səbəb ABŞ millisinin futbolçularının rəqiblərinə lağ etmələri olub. Futbolçuları hüquq-mühafizə orqanlarının əməkdaşları və komandaların məşqçilər heyəti çətinliklə ayırıb.
Qeyd edək k, finala gedən yolda ABŞ komandası Panama ilə qarşılaşacaq.
