Dünya futbolu

“Neftçi”dən Serbiyaya

“Neftçi”dən ayrılan Voyislav Stankoviçin yeni klubu müəyyənləşib.

Aut.az xəbər verir ki, o, Serbiya Superliqasının debütantı “Jelezniçar” (Pançevo) ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Stankoviç 2019-cu ildən “Neftçi”də çıxış edirdi. O, daha əvvəl “İnter” (İndiki “Şamaxı”) və “Qəbələ”də də oynayıb.