“Qalatasaray” PSJ ilə anlaşdı?
“Qalatasaray” Mauro İkardinin transferi ilə bağlı PSJ ilə razılıq əldə edib.
Aut.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı hücumçunu 10 milyon avro qarşılığında heyətinə qatacaq. Bu barədə Fabritsio Romano məlumat yayıb.
31 yaşlı forvardla şəxsi şərtləri daha əvvəldən razılanşdıran “sarı-qırmızılar”ın transferi yaxın günlərdə açıqlayacağı gözlənilir.
